Hanter Stokton Tompson
Məşhur amerikalı jurnalist və yazıçı, "Las-Veqasda qorxu və nifrət" romanının müəllifi Hunter Stokton Tompson... XX əsr Amerika həyatının görünməyən tərəflərini "qonzo jurnalistikası" adlandırdığı özünəməxsus yanaşma tərzi ilə təqdim edən yazıçı həyatınaintiharla son qoyub.
Məşhur yazıçı Kentukki ştatının Louisvill şəhərində Virginia Rae Davison və Jack Robert Thompsonun ailəsində dünyaya göz açıb. Anası kitabxanaçı, atası I Dünya müharibəsi veteranı, dövlət sığortası üzrə mütəxəssis olub. 14 yaşında olanda atasını itirən Tompson Hanter gəncliyindən davakar, üsyankar xarakteri, hər cür məhdudiyyət və qaydalara dözümsüzlüyü ilə seçilib. Məhz bu səbəbdən də dəfələrlə işini itirib. Qaydalara tabe olmadığı üçün Hərbi Hava Qüvvələrindən qovulub. O, müdirin qızı ilə yaxın münasibətlərindən sonra Las-Veqasda vəzifəsini tərk etməyə məcbur olub. Nyu-Yorkdakı "The Times" qəzetindən isə "itaətsizliyə görə" işdən çıxarılıb.
Yazıçı iki dəfə ailə qurub. İlk həyat yoldaşı uzun müddət münasibət qurduğu sevgilisi Sandra Dawn Conklin olub. Bu izdivacdan onların Xuan Fitscerald Tompson adlı oğlu dünyaya gəlib. Sonradan onlar boşansa da, ömürlərinin sonuna qədər dost olaraq qalıblar. Daha sonra isə yazıçı köməkçisi Anita Beymuk adlı xanımla evlənib. Tompson ömrünün sonuna kimi bu xanımla xoşbəxt yaşayıb.
Saysız-hesabsız qəzet reportajları və jurnal məqalələri ilə yanaşı, 10-dan çox kitab yazan Tompson gənc yaşlarından yazıçı kimi tanınıb. "Qonzo" jurnalistikasının yaradıcısı hesab olunan yazıçı alkoqol və narkotik aludəçisi idi. Bu üslubda yazıların əsas xüsusiyyəti bundan ibarət idi ki, jurnalist burada klişe söz və ifadələrdən tamamilə imtina edir, obyektiv olmaq məcburiyyəti yoxdur. Əksinə, jurnalist gördüyü hadisələri subyektiv formada nəql edir. Çoxu siyasi mövzuda olan məqalələrdə klişe ifadələr yerinə daha səmimi, daha dürüst və daha əyləncəli ifadə tərzi seçilmişdi. Söyüşdən, jarqondan, ironiyadan, lağlağıdan da bol-bol istifadə edilirdi. Hadisələrin mərkəzində jurnalist özü dayanırdı. Və oxucu hər şeyə onun gözü və yanaşma tərzi ilə baxırdı. Əslində bu tərz özü də narkotikin təsiri ilə ortaya çıxmışdı.
Yazıçı 67 yaşında intihar edib. QİÇS-ə yoluxan Tompson ağrılı tibbi prosedurlardan xilas olmaq üçün məbəddə özünü güllələyib. Hunter öz dəfnində ziyafət vermək və öz külündən qeyri-adi atəşfəşanlıq etmək arzusunda olduğunu vəsiyyət edib. Beləcə, mərhumun arzusu yerinə yetirilib. Onun ən yaxın dostu Conni Depp vida mərasiminin təşkilini öz üzərinə götürüb. Top gülləsi ilə dostunun külünü səpələmək üçün o, yerli hakimiyyət orqanlarından rəsmi icazə alıb. Atəşfəşanlığın keçdiyi ərazidə hündürlüyü təxminən 45 metr olan postamentin üstünə top yığılıb və yazıçının külü ilə dolu topun atəşi başlayan möhtəşəm şənlik təşkil olunub...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.