04 mart, 2024
Paylaş:

  Gənclər Kitabxanasının yubiley töhfəsi

 Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Naxçıvan Muxtar Respublikası – 100” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında müxtəlif illərdə mux­tar respublikaya dair imzalanan rəsmi sənədlər, Naxçıvan diyarının qədim ta­rixi, inzibati - ərazi vahidləri, mədəniy­yət, təhsil, iqtisadiyyat, səhiyyə sahələri, görkəmli şəxsiyyətləri haqqında məlumat verilir. Bazada Naxçıvan Muxtar Res­publikası haqqında Azərbaycan və xa­rici dillərdə qələmə alınan kitabların, məqalələrin biblioqrafik təsvirləri, Naxçı­van Muxtar Respublikası Baş nazirinin sabiq müavini Təranə Quliyevanın “Nax­çıvanlılar Heydər Əliyevi, Ulu Öndər isə Naxçıvanı qorumuşdu...”, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqla­rı Konfederasiyasının sədri Səttar Möh­balıyevin “İlham Əliyevin yeni Naxçıvan modeli”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanın dövlət müstəqilliyinin Naxçıvan təməli və dərs­ləri” və Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilovun “Moskva və Qars bey­nəlxalq müqavilələri müstəvisində Naxçı­vanın hüquqi statusu” məqalələrinin tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında “Naxçıvan - İslam mədəniyyətinin pay­taxtı - 2018”, “Avtoreferatlar, dissertasi­yalar”, “Notlar”, “İzomateriallar”, “Foto və videoqalereya”, “Virtual sərgi” bölmələri də mövcuddur.

“Naxçıvan Muxtar Respublikası – 100” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

                                                                                                                      “Xalq qəzeti”

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()