FƏTƏLİ XAN XOYSKİ - 150 İL
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə əlaqədar olaraq “Fətəli Xan Xoyski - 150” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə Fətəli Xan Xoyskinin həyat və yaradıcılığını əks etdirən kitablar və dövri mətbuat materialları sərgilənməkdədir.