Dedektiv yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,”Qızıl Qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş

21 fevral, 2018
Paylaş:

Dedektiv yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,”Qızıl Qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş

21 fevral 2018-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin birgə təşkil etdiyi dedektiv yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,”Qızıl Qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açaraq, Elxan Elatlının dedektiv janrda yazdığı romanlar, hekayə və povestlərin minlərlə oxucu tərəfindən sevilə - sevilə oxunmasından və hər birinin ayrı-ayrılıqda böyük tərbiyəvi əhəmiyyət kəsb etdiyindən danışdı.

Tədbirdə çıxış edən Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov qeyd etdi ki, bu tədbirdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları ilə birlikdə tarix diyarşünaslıq muzeyinin fond mühafizə işçiləri və bir çox rayon MKS-lərin xidmət şöbəsinin əməkdaşları da iştirak edir. Ona görə də təbliğat baxımından bu tədbirin əhəmiyyəti böyükdür. O çıxışında 2016-2017-ci ilin ən çox oxunan yazıçısı- Elxan Elatlıya uğurlar arzuladı.

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin kitabxana müdiri Validə Hacıyeva yazıçının əsərləri haqqında qısa icmal verərək bildirdi ki, Elxan Elatlının indiyədək işıq üzü görən 25 kitabından 4-ü şer, 2-si riyazi məntiq, 1-i qəhrəmanlıq romanı, digərləri isə dedektiv nəsr əsərləridi.

“Yeni nəşrlər” jurnalının baş redaktoru və “Yayım” Assosiasiyasının rəhbəri Yaşar Zeynalov öz çıxışında Elxan Elatlının “Cəhənnəmdən gələn səs” və Qisas gecəsi” kimi əsərlərində bəhs olunan Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş həmyerlilərimizin vətənpərvərliklərindən və Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından danışdı.

Tədbirdə həmçinin, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin işçiləri,Yardımlı rayon MKS-nin kompüter mütəxəssisi Alışov Rizvan, Quba rayon MKS-in əməkdaşı Əliyeva Samirə, Abşeron rayon Tarix – Diyarşünaslıq muzeyinin baş fond mühafizəçisi Gülçin Əfəndiyeva və başqaları da iştirak edirdilər.

Tədbir Elxan Elatlının “Oxucu sevgisi mənim üçün ən böyük mükafatdır” sərgisinə baxışla sona çatdı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()