"Creative Summer" layihəsinin iştirakçılarına sertifikatlar təqdim edildi
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 3 ay davam "Creative Summer" layihəsi öz işini başa vurmuşdur. Əsas məqsədi qrafik dizayna marağı olan gənclərin fəaliyyətini bu istiqamət üzrə stimullaşdırmaq və onların inkişafına töhfə verməkdən ibarət olan bu layihə çərçivəsində 30-dan çox gəncə qrafik dizayn proqramları – Adope Photoshop və İllustrator proqramları tədris edilmişdir. Bu gün - 29 oktyabr tarixində Respublika Gənclər Kitabxanasında direktor Aslan Cəfərov, GUYS" İctimai Birliyinin sədri Mübariz Quliyev, "Freres Wear"MMC -nin həmtəsisçisi Nahid Babayev, "Binar School" proqramının rəhbəri Aydan Şahalıyeva tərəfindən 30 gənc təlimçiyə sertifikatlar təqdim edilmişdir.
Tədbiri giriş sözü ilə açan Aslan Cəfərov ölkəmizdə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün müasir dövlətçiliyimizin əsas strateji prioritetlərindən biri olduğunu qeyd etdi. Prezident cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizdə sosial-iqtisadi, elmi və mədəni sahələrdə yaradılan perspektivlərin Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün geniş imkanlar yaratdığını və bu siyasətin nəticəsi kimi ölkəmizdə idarəetmə bacarığı ilə seçilən bacarıqlı, intellektual, geniş dünyagörüşlü yeni nəslin yetişdiyini, müasir gəncliyin istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda yüksək uğurlar qazandığını qeyd etdi.
"GUYS" İctimai Birliyinin sədri Mübariz Quliyev öz çıxışında 3 ay davam edən "Creative Summer" layihəsi çərçivəsində 30-a yaxın gəncin qrafik dizayn sahəsində öz biliklərini artırdığını, mükəmməlləşdirdiyini söylədi. Təlimlər zamanı gənclərin xüsusi fəallıq nümayiş etdirmələri, təcrübi dərslərdə həvəslə iştirak etdikləri bildirildi. Mübariz Quliyev gələcəkdə də bu səpkili təlimlərin davam etdiriləcəyini söyləyərək, Gənclər Kitabxanasına yaratdıqları şərait və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirdi.
"Freres Wear"MMC -nin həmtəsisçisi Nahid Babayev, "Binar School" proqramının rəhbəri Aydan Şahalıyeva çıxışlarında müasir dövrdə qrafik dizayn proqramlarının əhəmiyyətindən, müxtəlif siyasi, iqtisadi, elmi, mədəni sahələrin təbliğat kampaniyalarında çox uğurlu bir vasitə olmasından bəhs etdilər.
Sonradan treninqləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edildi, xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, "Creative Summer" layihəsi "GUYS" İctimai Birliyinin təşkilatçılığı, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və "Freres Wear" MMC-nin tərəfdaşlığı ilə "Binary School" proqramı çərçivəsində həyata keçirilirdi.





_31-10-2022_16-20-49.jpg)











