Paylaş:
ÇİNGİZ ABDULLAYEV - 65
Respublika Gənclər Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayevin 65 illik yubileyi ilə əlaqədar olaraq “Çingiz Abdullayev – 65 “ adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə Çingiz Abdullayevin nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınan kitabları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış "Çingiz Abdullayev-65" adlı ədəbiyyat siyahısı sərgilənməkdədir.