“Cəlil Məmmədquluzadə ədəbi irsi” adlı ədəbi-bədii gecə

16 oktyabr, 2019
Paylaş:

“Cəlil Məmmədquluzadə ədəbi irsi” adlı ədəbi-bədii gecə

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə 16 oktyabr 2019-cu il tarixdə yazıçı, dramaturq, jurnalist, ictimai xadim, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş “Cəlil Məmmədquluzadə ədəbi irsi” adlı ədəbi-bədii gecə keçirildi.

Kitabxananın direktoru Oruc Quliyev Cəlil Məmmədquluzadənin yaradıcılığının sənətkarlıq cəhətdən novator və demokratik mahiyyətdə olması, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını məzmun və formaca zənginləşdirməsindən, elmi işlər üzrə direktor müavini Xalidə Musayeva isə görkəmli ədibin əsasını qoyduğu ideologiyalardan danışdı.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Cəlil Məmmədquluzadə fenomeni”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Maral Yaqublu “Cəlil Məmmədquluzadənin nəsri”, “Cəlil Məmmədquluzadənin ev-muzeyi”nin böyük elmi işçisi Yeganə Məmmədova “Cəlil Məmmədquluzadə yaradıcılığının fərqli xüsusiyyətləri” mövzularında məruzələr etdilər.

“Cəlil Məmmədquluzadənin ev-muzeyi”nin direktor əvəzi Zenfira Aslanova çıxışının sonunda Yeganə Məmmədovanın “Yaşadanlar”, Cəlil Məmmədquluzadənin 1936-cı ildə nəşr olunmuş “Əsərləri II cild” kitablarını kitabxanaya hədiyyə etdi.

Ağcabədi rayon Mərkəzi Kitabxananın şöbə müdiri Gülşən Quliyeva Həmidə Məmmədquluzadənin ev-muzeyində keçirilən yubiley tədbiri haqqında məlumat verdi.Əbilov adına Mədəniyyət Mərkəzinin üzvlərindən Bəhruz Quluzadə, İsrafil Maniyev, Ayşən İsmayılzadə, Aynur İmanquliyeva Cəlil Məmmədquluzadə yaradıcılığından ibarət bədii hissə ilə çıxış etdilər.

Ədəbi-bədii gecədə ədibin həyat və yaradıcılıq fəaliyyətini əks etdirən slayda, “Nasir, publisist, dramaturq Cəlil Məmmədquluzadə-150” adlı kitab sərgisinə , “Cəlil Məmmədquluzadənin ev-muzeyi”nin kitabxanada təqdim etdiyi eksponatlara baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()