Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində

12 fevral, 2019
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2018-ci il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da görkəmli şair, nasir, dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş silsilə tədbirlər planı hazırlamışdır.

Silsilə tədbirlər planında kitab sərgiləri açmaq, oxucularla söhbət-mühazirələr aparmaq, biblioqrafik vəsaitlər, elektron resurslar hazırlamaq, ədəbi-bədii gecə təşkil etmək və sair nəzərdə tutulmuşdur.

Tədbirlərin icrası ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının bir qrup əməkdaşı 12 fevral 2019-cu il tarixdə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində oldular.

Direktor Sevinc Mikayılova muzeyinin yaranma tarixi, ekspozisiyası, zalları, nadir eksponatları haqqında geniş məlumat verdi. Həmçinin, bildirdi ki, muzeyə hər gün məktəblilər, tələbələr, ziyalılar gəlir, əməkdaşlar tərəfindən bütün eksponatlarla yaxından tanış olurlar.

Ekspozisiya kütləvi işlər şöbəsinin müdiri Mətanət Dadaşova, elmi işçi Türkan Sanəliyeva, nəzarətçi Yasəmən Babayeva Azərbaycan teatrının inkişafında rolu olan ədəbiyyat xadimlərinin bu sahədə xüsusi rolunu nümayiş etdirən bütün eksponatları təqdim etməklə yanaşı çoxlu sayda sualları da cavablandırdılar. Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan şair, dramaturq Cəfər Cabbarlıya həsr olunmuş guşə çox böyük marağa səbəb oldu. Ölməz dramaturqun büstü, yaşadığı evin maketi, səhnə əsərlərini əks etdirən şəkillər hamının marağına səbəb oldu.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva muzeyin xatirə kitabına göstərdikləri yüksək xidmətə görə öz rəyini, təşəkkürünü yazdı.
 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()