Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sənət fədailəri” adlı ədəbi-bədii gecə

26 noyabr, 2018
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sənət fədailəri” adlı ədəbi-bədii gecə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 noyabr 2018-ci il tarixdə görkəmli səhnə ustaları, Azərbaycanın xalq artistləri Gülxar Həsənovanın anadan olmasının 100, Həsən Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş “Sənət fədailəri” adlı ədəbi- bədii gecə keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 30 iyul tarixdə kino və teatr sənətinin görkəmli nümayəndəsi Həsən Məmmədovun anadan olmasının 80, 2018-ci il 15 avqust tarixdə Azərbaycanın görkəmli opera müğənnisi Gülxar Həsənovanın anadan olmasının 100 illiyi ilə bağlı sərəncam imzalayıb. Gülxar Həsənova 1936-cı ildən səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamış, 1942-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet teatrında öz sənətini davam etdirmişdir. O, bu möhtəşəm teatrın səhnəsində Əsli, Leyli, Şahsənəm, Ərəbzəngi, Təravət, Anna və onlarla qadın surətlərini məharətlə tamaşaçılara təqdim etmişdir. Həsən Məmmədov 1962-ci ildən 1972-ci ilin fevral ayınadək Akademik Milli Dram Teatrında, 1972-ci ildən ömrünün sonunadək isə "Azərbaycanfilm" kinostudiyasında çalışmış, 50-dən çox filmdə çəkilmişdir.

Kitabxananın əməkdaşı Fəridə Cəfərova aktyor Həsən Məmmədovun həyatı, teatr və kino sahəsində uğurları, dövlət tərəfindən yüksək mükafatları, səhnə fəaliyyətinin qiymətləndirilməsi mövzusunda çıxış etdi.

Kitabxananın əməkdaşı Tamella Məmmədova Azərbaycanın xalq artistləri Gülxar Həsənova və Həsən Məmmədovun səhnə fəaliyyətlərinə həsr olunmuş kitabların tövsiyə ədəbiyyat siyahısı haqqında ətraflı məlumat verdi.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Lətafət Rəhimzadə Azərbaycan kino sənətinin inkişafında aktyor Həsən Məmmədovun əvəzsiz xidmətlərindən, yaratdığı obrazlardan danışdı.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Aylin Əzizli Gülxar Həsənovanın opera səhnəsində Ərəbzəngi, Leyli, Əsli, Şahsənəm kimi qadın obrazlarını məharətlə tamaşaçılara sevdirməsi mövzusunda çıxış etdi.

Tədbirdə Həsən Məmmədovun və Gülxar Həsənovanın səhnə fəaliyyətlərini əks etdirən iki qısa metrajlı film nümayiş olundu.

Tədbirin sonunda “Azərbaycanın səhnə korifeyləri” adlı foto-stendə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()