Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qanlı yanvar faciəsinin 27- ci ildönümünə həsr olunmuş “Qara yanvar, qanlı tarix” mövzusunda anım günü keçirildi.

19 yanvar, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qanlı yanvar faciəsinin 27- ci ildönümünə həsr olunmuş “Qara yanvar, qanlı tarix” mövzusunda anım günü keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə ötən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılmışdır. 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” ictimai birliyinin prezidenti Tofiq Əlizadə çıxışında qeyd etdi ki, 20 Yanvar Azərbaycanın taleyinə yazılmış təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Artıq 20 yanvar faciəsindən 27 il ötməsinə baxmayaraq günahkarlar mütləq cəzalandırılmalıdırlar. “Carçı nyus” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların qətlə yetirilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqının milli oyanışını, ərazi bütövlüyünü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi olmuşdur. Tədbirdə həmçinin, yazıçı-publisist Şahlar Baba, Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsinin tələbələri də iştirak edirdilər. Tədbir boyu 20 yanvar faciəsini əks etdirən qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Azərbaycanın qan yaddaşı- 20 yanvar” adlı kitab sərgisinə baxış keçirildi.
 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()