Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gənclər narkomaniyaya “yox” deyirlər” mövzusunda tədbir keçirildi

22 may, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gənclər narkomaniyaya “yox” deyirlər” mövzusunda tədbir keçirildi

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” ilə əlaqədar Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2017-ci il üçün iş Planı ilə əlaqədar kitabxanada təşkil edilən bir sıra tədbirlər haqda danışandan sonra bütün gəncləri narkotiksiz sağlam həyata, sağlam gələcəyə səslədi. Kompüter üzrə operator Emil Əliyev narkomaniyanın dərəcələrindən, simptomlarından danışandan sonra hər bir ailədə böyüyən gənc nəslin hansı mühitdə əylənmələrinə, dostlarının pis vərdişlərinə qoşulmamalarına xüsusi nəzarət edilməsinin zəruriliyini vurğuladı. Qeyd etdi ki, narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır, qeyri stabil şəraitin yaranmasına səbəb olur. Əsrin bəlası sayılan narkomaniya ilə mübarizə aparmaq hər bir kəsin borcudur. Kitabxanaçı Rəvanə Məlikova narkotik vasitələr, onların qanunsuz dövriyyəsi, narkomanlığa qarşı mübarizəyə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları haqqında məlumat verdikdən sonra bildirdi ki, gələcəyi məhvə sürükləyən narkomaniya Azərbaycan gəncləri arasında da geniş yayılıb. Çox çətin də olsa həm ailədə, həm də cəmiyyətdə bu istiqamətdə ən güclü mübarizə aparılmalıdır. Böyük kitabxanaçı Tamilla Məmmədova hazırladığı “Gələcəyimizi birlikdə qoruyaq, narkomaniyaya “yox” deyək” adlı otuz səhifədən ibarət biblioqrafik göstəricinin oxucuların istifadəsinə verildiyini bildirdi. Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər. Tədbir boyu “Ölümü sifariş edənlər” adlı qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Narkomaniya,- ağ ölüm” adlı kitab sərgisinə baxış keçirildi

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()