Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanım mənim” mövzusunda tədbir keçirildi.

25 may, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanım mənim” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 28 may 1918-ci il tarixi müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etmiş və ölkənin müstəqilliyi yenidən bərpa olunmuşdur. Xalqımız ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Prezident İlham Əliyevin 06 may 2017-ci il tarixdə verdiyi Sərəncama əsasən isə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaqdır. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə üçrəngli bayrağımızın yaranmasından danışandan sonra bildirdi ki, xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Şair-publisist Şahlar Baba çıxışında bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndər Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən bu dahi rəhbərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcəkdir. Şahlar Baba çıxışını Respublika gününə həsr etdiyi şerlə bitirdi. Müğənni, bəstəkar Elxan Rəsuloğlu iki musiqi nömrəsi ilə çıxış etdi. Tədbirdə həmçinin, Azərbaycan EA Memarlıq İnstitutunun dosenti Səyyad Bayramov, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, N.Nərimanov rayonu “Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Salman Xudaverdiyev, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, “Respublika Veteranlar Təşkilatı”nda təşkilatçı Vəfa Həbibzadə, “Ana və Uşaq” ictimai birliyinin mətbuat katibi Şölə Nəsirova, şairə Şərafət Dağıstanlı da iştirak edirdilər. Tədbir boyu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Yaşa Azərbaycan” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()