Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 12 aprel 2017-ci il tarixdə Azərbaycanın Əməkdar artisti Elxan Qasımovla görüş keçirildi.

12 aprel, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 12 aprel 2017-ci il tarixdə Azərbaycanın Əməkdar artisti Elxan Qasımovla görüş keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb görkəmli aktyor Elxan Qasımovun həyatı və Azərbaycan kino salnaməsindəki əvəzsiz xidmətləri haqqında məlumat verdi. Bildirdi ki, Elxan Qasımov M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini bitirdikdən sonra təhsilini Leninqrad DT MKİ-nun rejissorluq fakültəsində davam etdirmişdir. 1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında kino fəaliyyətinə başlamışdır. Bədii-sənədli filmlərin, eləcə də "Mozalan” süjetlərinin müəllifidir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov aktyor Elxan Qasımovun kino fəaliyyətində 18 yaşında ikən çəkildiyi “Əhməd haradadır” filmində yaratdığı Əhməd obrazının özünəməxsus yer tutmasından danışdı. AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı Elxan Qasımovu hər zaman bizə örnək olan sənətkar adlandırdı. Qeyd etdi ki, Elxan Qasımov kino sənətindəki bütün obrazlarını sevərək yaratmışdır. Şair Oqtay Rza Elxan Qasımovun kino aktyorluğu və rejissorluğu sahəsində fəaliyyətindən danışıb onu kino cəngavəri, Azərbaycan kinosunun dəyərli qəhrəmanı adlandırdı. Çıxışını ona həsr etdiyi şerlə bitirdi. Azərbaycanın Əməkdar artisti Elxan Qasımov həyatı, əlli dörd illik aktyorluq və rejissorluq fəaliyyəti haqqında geniş məlumat verdi. Çəkildiyi və çəkdiyi filmlər haqqında danışandan sonra tədbir iştirakçılarının suallarını cavablandırdı. Tədbir boyu “Əhməd haradadır”, “Biz qayıdacağıq” filmlərindən fraqmentlər nümayiş etdirildi. Tədbirdə həmçinin, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, “Yada düşdü” jurnalının əməkdaşı Elşad Dağlı, İrəvan Teatrının aktyorları Zülfiyyə Eldar qızı, Əjdər Zeynalov, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, müğənni, bəstəkar Elxan Rəsuloğlu, Yasamal rayonu MKS-nin böyük metodisti İradə Hüseynova, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, ADMİU-nun müəllimi Aqşin Babayev, şairə Mərcan Şahbuzlu, Solmaz Kürçaylı, şairlər Şahlar Baba, Zakir Ağdamlı, jurnalist Əhməd İsayev, yazıçı Məhərrəm Şəmkirli, 163 saylı orta məktəbin müəlliməsi Xatirə Kərimova, BDU-nun tələbələri də iştirak edirdilər.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()