Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 02 fevral 2018-ci il tarixdə “Azərbaycan gəncliyi - Şərəfli adımız” mövzusunda dəyirmi masa keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb qeyd etdi ki, 2 fevral Azərbaycanda Gənclər günüdür. 1997-ci ildə ulu öndər Heydər Əliyevin verdiyi sərəncama əsasən 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər həmişə gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, bunu müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də uzun illərdir ki, dahi rəhbərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan böyük diqqətin nəticəsidir.
Kitabxanaçı Sona Yaqubova çıxış edərək bildirdi ki, bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Bu, ulu öndər Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Kitabxanaçı Şəlalə Cəfərli bildirdi ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlanmışdır. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir
Böyük kitabxanaçı Sədaqət Kazımova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl səyləri nəticəsində gənclərin fəallığı artırılır, onların Azərbaycanın dövlət idarəetmə strukturlarına cəlb edilməsi işi daha da genişlənir. Həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin dünyadakı maraqlarını layiqincə təmsil edir.
Tədbir boyu respublikamızın idman şərəfini dünya miqyasında təmsil edən gənclərimizə həsr olunmuş slaydlar nümayiş edildi.
Tədbirin sonunda “Vətənə qürur verən gənclər” adlı kitab sərgisinə baxış keçirildi.