10 may, 2023
Paylaş:

"Bu cavan oğlan böyük adam olacaq..."

Dünyada tarixi qələmə alanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.

Ulu öndər Heydər Əliyev də tarix yaradan nadir insanlardan, dahi şəxsiyyətlərdəndir. Ümummilli lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri qələmə alırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.

Ancaq Ulu öndərin həyatının əsl dəyərini, zamanı qabaqlamaq istedadının və tarix yaratmaq bacarığının əsl mahiyyətini dərk etmək üçün yalnız rəhbər vəzifələrdə çalışdığı illəri araşdırmaq kifayət deyil. Onun mənalı həyatının hər günü, hər anı, qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrü, fenomenal zəkası, hamını mat qoyan yaddaşı, qeyri-adi natiqlik qabiliyyəti, istedadının müxtəlif formalarda təzahürü   şəxsiyyətin formalaşması mərhələləri, tarixi hadisələrlə zəngin unudulmaz salnamədir.

Xoşbəxtlikdən mənə də belə bir insanla eyni tarixi mərhələdə dünyada yaşamaq, onun həyata keçirdiyi nəcib əməllərin, qətiyyətli addımları ilə böyük bir ölkəni bəlalardan qurtarmasının, ümumxalq məhəbbəti qazanıb bəşəriyyətin yaddaşında görkəmli siyasi xadim kimi əbədiləşməyinin şahidi olmaq nəsib olub. Daha böyük xoşbəxtliyim onda olub ki, on ilə yaxın müddətdə bilavasitə onun rəhbərliyi altında işləmək, tapşırıqlarını həyata keçirmək, xalqımızın rifahı naminə reallaşdırdığı nəhəng layihələrin icraçılarından biri kimi onunla dəfələrlə görüşmək, ünsiyyətdə olmaq imkanım olub.

İstərdim ki, həmin xatirələri, həmçinin onunla bir dövrdə yaşayan insanlardan eşitdiyim söhbətləri, bu dahi insan haqqında müxtəlif dövrlərdə oxuduğum kitab və qəzet-jurnal materiallarını, müsahibələri toplayaraq gələcək nəsillərə bir yadigar saxlayam. Qoy bizdən sonra gələn insanlar bilsinlər ki, Azərbaycanın firavanlığı, xoşbəxtliyi, beynəlxalq nüfuzu, əmin-amanlığı, "dünyaya günəş kimi doğması" elə-belə, sadəcə tarixin hədiyyəsi deyil. Bu uğurların qazanılmasının təməlində dayanan, onu damla-damla, addım-addım, kərpic-kərpic quran Heydər Əliyev hansı çətinliklərin öhdəsindən gəlib. O, həm də öz həyatını böyük çətinliklərdən keçərək qurmuşdur.

Bu böyük şəxsiyyətin bütün dövrləri gərgin zəhmətlə keçən ömrünün mərhələləri haqqında kitab yazmaq qərarına gəlmişəm. Kitabda onun şərəfli ömür yolu ölkəmizin tərəqqisi fonunda qələmə alınmışdır ki, gələcək nəsillər xalqımızın belə bir fenomenal şəxsiyyəti yetişdirmək qüdrətindən daim qürur duysunlar. Həmin kitabdan bəzi hissələri "525-ci qəzet"in hörmətli oxucularına təqdim etmək itəyirəm.  İlk məqalə bu dahi insanın uşaqlıq və gənclik illərinin bəzi məqamlarını özündə əks etdirir.

                                                                                                                Misir Mərdanov

                                                                                                                    "525-ci qəzet"

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()