“Biz dünyanı görürük” adlı konfrans.
07 noyabr 2019-cu il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Beynəlxalq Gözdən Əlillər” günü münasibəti ilə “Biz dünyanı görürük” adlı konfrans keçirildi.
Kitabxananın direktoru Oruc Quliyev Azərbaycanda gözdən əlil olan insanlara həssas yanaşılması, onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif işlər həyata keçirilməsi, elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Beynəlxalq Gözdən Əlillər gününün qeyd edilməsinin tarixi haqqında məlumat verdilər.
“Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı”nın prezidenti Davud Rəhim əlilliyin formalaşdırma üsulları, gözdən əlillər üçün yaradılan mərkəzlərin fəaliyyəti mövzusunda geniş məruzə etdi.
Yasamal rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Yusif Quliyev çıxışında incəsənətin müxtəlif sahələrində və paralimpiya oyunlarında əlillərin iştirakı, uğurlarını xüsusi vurğuladı.
Yasamal Rayon İcra Hakimiyyətinin məsləhətçisi Emin Babayev gözdən əlillərlə bağlı keçirilən tədbirlərdə mütəmadi iştirakını, əlillərin problemlərinin həllinə dövlət tərəfindən xüsusi diqqət göstərilməsini bildirdi.
“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” ictimai birliyinin vitse-prezidenti Reyhan Cəfərova, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbin müəllimləri Dilşad Süleymanova, Əliveys Ağakişiyev əlil şagirdlərin təhsili, həmçinin, inklüziv təhsil, Respublika Gözdən Əlillər Kitabxanasının əməkdaşları Mahirə Şəmsiyeva, Nazlı Əliyeva, Qocabəy Aslanov, gənc yazar Zəkəriyyə Qurbanov gözdən əlillərin problemləri mövzularında çıxışlar etdilər.
Konfrans tədbir iştirakçılarının təklifləri ilə sona çatdı.