Bilik günü münasibəti ilə tədbir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və həmin gün Bilik günü elan edilmişdir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bilik günü ilə əlaqədar təşkil olunan “Biliyimiz tükənməzdir” adlı kitab sərgisi oxucuların böyük diqqətini cəlb etmişdir.
Kitabxana əməkdaşları Yasamal rayonu 176 saylı tam orta məktəbin şagirdlərini bilik günü münasibəti ilə təbrik edəndən sonra onlara yazı ləvazimatları, Azərbaycan və xarici ölkə uşaq yazıçılarının əsərlərini hədiyyə vermişlər. Daha sonra kitabxana əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Kollecinin birinci kurs tələbələrini tələbə adını qazanmaları və gələcəyin müəllimləri olacaqları münasibəti ilə təbrik etmiş, onların sevincinə şərik olmuş, müxtəlif mövzulu kitablar hədiyyə vermişdir.