Paylaş:
BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİ TƏŞKİLATI
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır.
Respublika Gənclər Kitabxanasında ”Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı biblioqrafik vəsait sərgilənməkdədir.