Beynəlxalq Ahıllar günü
BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq 01 oktyabr tarixi bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.
Ölkəmizdə 1993-cü ildən Beynəlxalq Ahıllar gününün qeyd olunması ulu öndər Heydər Əliyevin ahıl insanlara göstərdiyi böyük diqqət və qayğısının nəticəsidir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 aprel 2006-cı il Sərəncamına əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları 01 oktyabr 2019-cu il tarixdə Beynəlxalq Ahıllar günü münasibəti ilə ahıl insanlarla görüşüb problemləri, qayğıları ilə maraqlandılar, onlarla birlikdə mütaliə keçirdilər, Azərbaycan və rus dilərində bədii ədəbiyyatlar hədiyyə verdilər.
Kitabxana əməkdaşları həmçinin, il boyu müntəzəm olaraq ahıl, fiziki cəhətdən qüsurlu insanlara səyyar kitabxana xidməti də göstərir, ədəbiyyatın sahələrinə maraq dairələrini öyrənir, oxu saatları təşkil edirlər. Ahıllar da hər zaman bu xidmətdən razılıqlarını bildirirlər.