Paylaş:
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Əsas məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdən ibarət olan olan bu gün münasibətilə Respublika Gənclər Kitabxanasında ənənəvi kitab sərgisi təşkil olunmuşdur. Sərgidə sözügedən mövzuda kitabxananın fondunda olan 20-dən çox kitab və kitabxana əməkdaşlarının hazırladığı "Azərbaycanın tarixi abidələri" adlı biblioqrafik siyahı yer almışdır.