Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 20 aprel tarixli sərəncamı ilə yaradılmış “Kitabsevər uşaqlar” layihələrinə dair təşkil olunan növbəti treninq.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 13-17 noyabr 2018-ci il tarixdə Şəki, Gəncə şəhər, Qax, Ağcabədi, Göyçay, Səbail, Zərdab, Quba, Ucar, Astara, Ağdaş, Nəsimi, Qusar, Binəqədi, Nərimanov, Yasamal, Xətai rayon MKS- lərinin əməkdaşları üçün Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 20 aprel tarixli sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda, habelə Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Facebook səhifəsi və Youtube kanalında fəaliyyət göstərən “Kitabsevər uşaqlar” layihələrinə dair təşkil olunan növbəti treninq keçirildi. Treninqdə “Corel Draw” proqramı ilə tanışlıq, alətlər paketi, maketin ölçülərinin təyini”, “Kitabxanalarda tətbiq olunan müasir innovativ layihələr”, “AZLİBNET-ə düzgün ədəbiyyatın seçilməsi , təhlükəsizlik məsələləri, müəllif hüquqları”, “Corel Draw” proqramında növbəti əməliyyatlar, bukletin hazırlanması”, “ALİSA proqramı, kitab və mətbuatın proqrama daxil edilməsi, oxucuların qeydiyyatı”, “Türkdilli dövlətlərdə müasir kitabxana xidməti”, “Corel Draw” proqramında hazır şablonlar üzərində iş”, “Elektron kitablar, audio kitablar, onların seçilməsi, onlar üzərində əməliyyatların aparılması” mövzularında məruzələr edildi.
Treninqin sonuncu günü iştirakçılara sertifikatlar təqdim olundu.







