22 sentyabr, 2026
Paylaş:

ANIM GÜNÜ - 27 SENTYABR

27 Sentyabr - Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.

Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “27 Sentyabr - Anım Günü” adlı sərgi təşkil edilmişdir. Sərgidə 44 günlük müharibəsindən və şəhidlərdən bəhs edən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış biblioqrafik vəsait sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()