“Amalımız həmrəylikdir” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə konfrans
27-28 dekabr 2019-cu il tarixlərdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 dekabr Dünya Azərbycanlılarının Həmrəyliyi günü münasibəti ilə “Amalımız həmrəylikdir” adlı konfrans keçirildi. İki gün davam edən konfrans ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərinin səsləndirilməsindən sonra başladı. Kitabxananın direktoru Oruc Quliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsasının 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulması, elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etməsi mövzusunda çıxışlar etdilər. Azərbaycan-Amerika Qadın Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova xaricdə yaşayan azərbaycanlıların həmrəyliyə daha çox ehtiyacı olması və diasporanın fəaliyyəti mövzusunda məruzə etdi. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev siyasi mühacirlərin formalaşması, diasporaya Heydər Əliyev fondunun dəstəyi mövzusunda çıxış etdi. Bakı İslam Universitetinin kafedra müdiri, “Elin səsi” Milli Mənəvi Dəyərlərimizin Qorunması ictimai birliyinin sədri, Beynəlxalq Təhsil Akademiyasının müxbir üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, ictimai birliyin sədr müavini Qorxmaz Paşayev, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” ictimai birliyinin sədri İradə Əlili, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları Samirə Cəlilova, Kəmalə Şahverdiyeva, Rəfiqə Nəsirova, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə gənclər təşkilatının rəhbəri Vurğun Cəfərov, təçkilatın üzvləri Səyyad Mənsimov, Mirağalar Bayramov Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilməsi, azərbaycanlıların milli-mənəvi dəyərlərinə hörmət, azərbaycançılığı hər zaman qorumağın zəruriliyi mövzularında çıxışlar etdilər. Konfransın sonunda “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” adlı foto-stendə baxış keçirildi








