31 mart Azərbaycanlıların soyqırımı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 30 mart 2022-ci il tarixdə “31 mart Azərbaycanlıların soyqırımı” adlı tədbir keçirildi.
Kitabxananın direktoru Aslan Cəfərov tədbiri ulu öndər Heydər Əliyevin “Əsl soyqırım haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir” sözləri ilə açdı və 1918-ci ilin qanlı mart-aprel soyqırımı haqqında geniş məlumat verdi.
Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva erməni millətçiləri tərəfindən zamanla Azərbaycan xalqına qarşı etnik təmizləmə həyata keçirilməsi, böyük mütəxəssis Bəyim Xuduzadə ermənilərin Qubada, böyük kitabxanaçılar Fəridə Cəfərova və Əminə Vəliyeva Şamaxıda törətdikləri qətliyamlardan danışdılar.
Şöbə müdirlərindən Günay Həsənova və Nərminə Xəlillinin ermənilərin “Böyük Ermənistan” xülyası ilə soyqırım faktı törətmələri mövzusunda çıxışlarından sonra gəncləri unutqan olmamağa, bu mövzuda təbliğat işini güclü aparmağa, Tamella Məmmədova vətənpərvərlik tərbiyəsini gücləndirməyə səslədilər.
Tədbir boyu Azərbaycan dilində “Mart soyqırımı”, rus dilində “31 mart Azərbaycanlıların soyqırımı” adlı videoçarxlar, “31 mart soyqırım həqiqətləri” adlı virtual kitab sərgisi nümayiş olundu.
“Tarixin qan yaddaşı” daycestin təqdimatından sonra “31 mart soyqırımı” adlı kitab sərgisinə baxış keçirildi.
