26 sentyabr, 2022
Paylaş:

27 Sentyabr-Zəfərə Gedən Yol

27 Sentyabr 2020-ci il Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusuna qarşı növbəti irimiqyaslı təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən əks-hücum əməliyyatının başlaması barədə qərar verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq  Respublika Gənclər Kitabxanasında “Zəfərə Gedən Yol“ adlı sərgi təşkil edilmişdir. Sərgidə 44 günlük müharibədən bəhs edən kitablar, dövri mətbuat materialları, kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsaitlər sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()