Paylaş:
27 SENTYABR-ANIM GÜNÜDÜR
27 Sentyabr - Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq Respublika Gənclər Kitabxanasında “27 Sentyabr- Anım Günü” adlı sərgi təşkil edilmişdir. Sərgidə 44 günlük müharibədən bəhs edən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Dövlətçilik tariximizin ən parlaq səhifəsi” və “Qarabağ Azərbaycandır” adlı məlumat bülletenləri sərgilənməkdədir.