Paylaş:
26 İYUN - SİLAHLI QÜVVƏLƏR GÜNÜ
Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ordu quruculuğu işinə böyük önəm verən Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun "Silahlı Qüvvələr Günü" elan olunmuşdur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “26 İyun - Silahlı Qüvvələr Günü” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Güclü Ordu - Güclü Dövlət: Müstəqil Azərbaycanın qürur mənbəyi!” adlı biblioqrafik vəsait sərgilənməkdədir.