23 aprel, 2026
Paylaş:

23 Aprel – Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü

23 Aprel – Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir.

UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.

Bununla əlaqədar olaraq Cəfər Cabbarlı Respublika Gənclər Kitabxanasında “23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” adlı sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqəli kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış "23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" adlı biblioqrafik icmal sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()