2021-ci ildə “Sevilənlər, sevənlər” rubrikası yenidən izləyicilərinin görüşünə gəlir

04 mart, 2021
Paylaş:

2021-ci ildə “Sevilənlər, sevənlər” rubrikası yenidən izləyicilərinin görüşünə gəlir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının pandemiya ilə əlaqədar karantin rejimi şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar 2021-ci ildə də davam edir.

04 mart 2021-ci il tarixində Respublika Gənclər Kitabxanasının İnstagram üzərindən təşkil etdiyi canlı yayımın növbəti qonağı yazıçı, kulturoloq Aydınxan Əbilov olmuşdur. Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırmış, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləmişdir. Canlı yayımın aparıcısı Günay Həsənova ilk növbədə qonağı Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev və bütün kollektiv adından salamlamış, canlı yayıma razılıq verdiyinə görə təşəkkür etmişdir. Aydınxan müəllim ilk növbədə kitabxana ilə bağlı uşaqlıq xatirələrindən, mütaliəyə hədsiz həvəsindən söhbət açmışdır. Sonradan qonaq müasir dövrdə ənənəvi mütaliənin virtual mütaliəyə keçidindən, pdf formatında və audio versiyada olan kitabların daha geniş kütlə tərəfindən qəbul olunmasından danışmışdır. Canlı yayımda ənənəvi jurnalistikanın hazırkı vəziyyəti, televiziya məkanı, sosial şəbəkələr, xəbər portalları, virtual platformalarda müxbir fəaliyyəti və s. bu kimi mövzular da müzakirə edilmişdir. Aydınxan müəllim “kulturologiya” termini haqqında danışmış, bu sahənin fəlsəfədən sonra ikinci geniş elm olduğunu, insandan yüksək intellekt, geniş erudisiya tələb etdiyini söyləmiş, kulturologiya ilə sənətşünaslıq arasında olan fərqdən danışmışdır. Qonaq Azərbaycanımızın hərbi sahədə qazandığı qələbə mövzusuna və Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə dair olan fikirləri ilə bölüşmüşdür. Bu il “Qarabağ bülbülləri” ansamblının 50 illik yubileyi ilə əlaqədar olaraq Gənclər Fondu ilə həyata keçirəcəkləri layihələr-kitab-audio kitabın hazırlanması və “Yaralı səs” adlı filmin çəkilişindən danışmışdır. Canlı yayımın sonunda Aydınxan müəllim Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün kitabxanaların əməkdaşlarına uğurlar arzulamış, Gənclər Kitabxanasına isə canlı yayımın təşkilinə görə minnətdarlığını bildirmişdir.

İzləyicilərimiz yazıçı, kulturoloq Aydınxan Əbilov ilə olan canlı yayıma https://www.instagram.com/p/CMASXQwiw4r/ linkı vasitəsilə baxa bilərlər.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()