20 yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər

15 yanvar, 2019
Paylaş:

20 yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən yüzlərlə insanın qətlə yetirilməsi , yaralanması ilə nəticələnən qanlı qırğın törədildi. O tarixdən 29 il ötməsinə baxmayaraq Azərbaycan xalqı haqsız törədilən faciəni unutmur və heç zaman da unutmayacaqdır. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası hər il olduğu kimi bu il də qanlı 20 yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər təşkil edir. Keçirilən tədbirlərin əsas məqsədi qabaqcadan hazırlanan təcavüzkarlıq aksiyasının Azərbaycan Respublikasının suveren hüquqlarını tapdalaması, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımasını bir daha xatırlatmaq xarakteri daşıyır.

Faciə ilə əlaqədar yanvar ayının 07-də təşkil olunan “Qanlı 20 yanvar tarixi” adlı kitab sərgisinə baxış ayın sonunadək davam edəcəkdir.

“20 yanvar-şərəf və qürur günümüz” adlı biblioqrafik icmal hazırlanıb kitabxananın ryl.az saytında yerləşdirilmişdir.

Yanvar ayının 15-də Azərbaycanın Milli Qəhrəmanları Gültəkin Əsgərova və Şirin Mirzəyevə həsr olunmuş filmlərə baxış keçirilmişdir.

Oxucularla 16 yanvar tarixində “20 yanvar faciəsi” adı altında söhbət-mühazirə aparılmışdır.

17 yanvar 2019-ci il tarixdə 20 yanvar faciəsində şəhid olanların ailə üzvləri ilə Şəhidlər Xiyabanında görüş keçiriləcəkdir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()