20 yanvar faciəsi- 30

15 yanvar, 2020
Paylaş:

20 yanvar faciəsi- 30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası XX əsrin köksündə silinməz iz qoyan 20 yanvar faciəsinin otuz illiyi münasibəti ilə silsilə tədbirlər təşkil edib.

15 yanvar 2020-ci il tarixdə Yasamal rayonu 176 saylı orta məktəbdə “20 yanvar,-Qanlı və şanlı gecə” adlı ədəbi gecə təşkil olundu. Tədbir öncəsi məktəbin yaxınlığındakı 20 yanvar şəhidi Əliyusif Qocamanovun xatirə abidəsinin üstünə kitabxananın əməkdaşları, məktəbin bir qrup müəllim və şagird kollektivi gül dəstələri qoydular. Kitabxananın əməkdaşları Tamella Məmmədova “Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi”, İradə Kərimova “Qanlı yanvar faciəsi” adlı məruzələrlə, məktəbin tərbiyə işləri üzrə ditektor müavini Palmira Nəbiyeva, məktəbin uşaq birliyinin rəhbəri Gülsüm Hüseynova, müəllimə Aygün Əzimova 20 yanvar faciəsini törədənlər, acı fəsadları, şəhidlər mövzusunda çıxışlar etdilər, şagirdlər şerlər söylədilər. Məktəbdə tədbirin davamı olaraq şagirdlər 20 yanvar faciəsinə həsr olunmuş ədəbi kompozisiyalarla çıxışlar etdilər.

16 yanvar 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “20 yanvar faciəsini unutmayaq” adlı dəyirmi masa təşkil olundu.

Tədbir 1990-cı il, 20 yanvar tarixində şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yaq edilməsindən, ulu öndər Heydər Əliyevin “Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir” sözlərinin səsləndirilməsindən sonra başladı.

Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışdı.

Kitabxananın əməkdaşlarından Qənirə Mustafayeva “Tarixin şəhid qanı ilə yazılan səhifəsi”, Nübar Cəlilova “Şəhidlik zirvəsi”, Leylan Xasıyeva “20 yanvar-Qəhrəmanlıq tarixi”, Lətifə Cəfərova “Yaddaşların qanlı tarixi” adlı məruzələrlə çıxışlar etdilər.

20 yanvar faciəsini əks etdirən filmin nümayişindən sonra “Qanlı yanvar, qan yaddaşımız” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()