Paylaş:
20 Sentyabr - Dövlət Suverenliyi Günü
Dövlət Suverenliyi Günü — Antiterror əməliyyatından sonra Azərbaycan Respublikasında Dövlət Suverenliyinin bərpasının şərəfinə qeyd edilən gündür.
Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən qeyd edilir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Dövlət Suverenliyi Günü” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar və “Qürur və tarixi yaddaş günü” adlı biblioqrafik icmal sərgilənməkdədir.