18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür

18 oktyabr, 2022
Paylaş:

18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, 18 oktyabr tarixində kitabxanada Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir təşkil edildi. Tədbirdə  kitabxananın direktoru Aslan Cəfərov, şöbə müdirləri Tamella Məmmədova, Günay Həsənova, Qənirə Əliyeva, kitabxananın əməkdaşları Nərminə  Xəlili, Sona Yaqubova və başqaları çıxış etdilər.

Aslan Cəfərov çıxışında xalqımızın istiqlal arzusunun köklərinin keçən əsrdən başlandığını, indiki müstəqil, güclü, qalib Azərbaycanın 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisi olduğunu söylədi. 70 il sonra 1990-cı ildə  ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın ilk öncə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsis edildiyini bildirdi. Əldə edilmiş müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söylədi. Bu günki gündə ümummilli liderimizin siyasətinin və ideyalarının möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Müstəqil Azərbaycan dövlətinin 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmasının bu uğurlu siyasətin bariz nümunəsi olduğunu qeyd etdi.

Tədbir iştirakçıları öz çıxışlarında müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan beynəlxalq sazişlərin, iqtisadiyyat, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən islahatların, qəbul edilən qərarların,  müstəqil dövlətçiliyimizin əsasının qoyulmasında və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb etdiyini söylədilər.

Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən Müstəqillik Gününün Bərpasına həsr edilən videomaterial və biblioqrafik siyahı da hazırlanmışdır. Hazırlanan materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında geniş məlumat verilmişdir. Burada müstəqilliyin ilk illərində respublikanın ictimai-siyasi fəaliyyətini əks etdirən məlumatlar, maraqlı faktlar, sənədlər, foto və video görüntülər öz əksini tapmışdır. Biblioqrafik siyahıda müstəqil Azərbaycan dövlətinin quruculuğuna həsr olunmuş onlarla kitab və 70 yaxın məqalənin (Azərbaycan, rus və ingilis dillərində) siyahısı verilmişdir.

Kitabxanada “18 Oktyabr Müstəqilliyin Bərpası Günü” adlı ənənəvi kitab sərgisi də təşkil olunmuşdur.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()