Paylaş:
18 APREL - BEYNƏLXALQ ABİDƏLƏR VƏ TARİXİ YERLƏR GÜNÜ
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə sözügedən mövzudan bəhs edən kitablar və dövri mətbuat materialları sərgilənməkdədir.