15 iyun Milli Qurtuluş günü münasibəti ilə “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə.

14 iyun, 2019
Paylaş:

15 iyun Milli Qurtuluş günü münasibəti ilə “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14 iyun 2019-cu il tarixdə 15 iyun Milli Qurtuluş günü münasibəti ilə “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi. Tədbir ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev tədbiri giriş sözü ilə açıb 1993-cü ildə xalqın xahiş və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rolundan danışdı.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruması, respublikada ictimai-siyasi böhranı aradan qaldırması və inkişafın təməlini qoyması mövzusunda çıxış etdi.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni Dövr Azərbaycan

Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasında ən mühüm nailiyyətlərin əldə edilməsində Heydər Əliyevin misilsiz xidmətlərinin müstəsna əhəmiyyəti haqqında məruzə etdi. Çıxışının sonunda Salatın Əhmədovanın “Heydər Əliyev və ədəbi-tarixi proses” kitabını kitabxanaya hədiyyə verdi.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni Dövr Azərbaycan Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, dosent Solmaz Həyatova otuz beş illik epoxanın aparıcısı Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrləri haqqında dəqiq faktlarla məruzə etdi.

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Azərbaycanın xilaskarı məfhumunun yalnız Heydər Əliyevə aid olmasından, sovet dövründən əvvəl və sonrakı illər ərzində həmişə həyatını risklərə ataraq yalnız doğma vətəninin rifahını, müstəqilliyini, azadlığını, gələcəyini düşünməsindən danışdı.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Samirə Cəlilova, AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində siyasəti, Azərbaycançılıq ideyaları, dövlətçilik ənənələri mövzusunda çıxış etdilər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı milli qurtuluşumuzun banisi Heydər Əliyevin yaratdığı ən böyük əsərin çiçəklənən Azərbaycan olduğunu qürurla bildirəndən sonra Xədicə İsgəndərlinin “Xeyirxah ömrün işığı” poemasından bir parça və Xəlil Rzanın “Azərbaycan oxusun” şerini söylədi.

Tədbirdə həmçinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı Kəmalə Şahverdiyeva, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşları Lalə Mehdiyeva, Leyla Həmidova, BDU-nun tələbələri iştirak edirdilər.

Tədbir boyu “Ümummilli lider Heydər Əliyev” adlı video slayd nümayiş olundu.

Tədbirin sonunda “Xilas günü,- Milli Qurtuluş” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()