Paylaş:
“1 Mart - Ümumdünya Mülki müdafiə günü”
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Nizamnaməsinə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 2020-ci il üçün MM tədbirlər planına və Yasamal rayonu üzrə FH və MM şöbəsinin 18 fevral 2020 ci il tarixli 12 nömrəli telefonoqramasına müvafiq olaraq fevralın 28-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mülki müdafiə və evdə ilk yardım mövzusunda “Ümumdünya Mülki müdafiə günü”nün keçirilməsi münasibəti ilə müxtəlif xarakterli mülki müdafiə tədbirləri hazırlanıb keçirilmişdir.
Kitabxananın əməkdaşları ilə “Ümumdünya Mülki müdafiə günü” münasibətilə “Mülki müdafiə və evdə ilk yardım” mövzusunda təntənəli toplantı keçirilmişdir