Paylaş:
1 İYUN-UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜ
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınmışdır.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu tarix Azərbaycanda da qeyd edilir.
Respublika Gənclər Kitabxanasında “1 İYUN-UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜ” adlı ənənəvi kitab sərgisi təşkil edilmişdir. Sərgidə sözügedən mövzudan bəhs edən kitablar sərgilənməkdədir.