Paylaş:
1 avqust - Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə imzaladığı fərmanına əsasən avqust ayının 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının saytında məlumat xarakterli material, eyni zamanda kitabxananın direktoru Oruc Quliyevin “Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dili və əlifbasının inkişafında rolu” başlığı altında məqaləsi yerləşdirilmişdir.
Kitabxanada “Ana dili varlığımdır” adlı kitab sərgisi təşkil edilmişdir. Sərgiyə baxış həftə ərzində davam edəcəkdir


