Paylaş:
1 AVQUST - AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir.
Respublika Gənclər Kitabxanasında ”1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı biblioqrafik siyahı sərgilənməkdədir.