02 fevral Gənclər günü münasibəti ilə “Gələcəyin qurucuları,- gənclik” mövzusunda görüş

01 fevral, 2019
Paylaş:

02 fevral Gənclər günü münasibəti ilə “Gələcəyin qurucuları,- gənclik” mövzusunda görüş

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 01 fevral 2019-cu il tarixdə gənc fəal oxucuların iştirakı ilə “Gələcəyin qurucuları,- gənclik” mövzusunda görüş keçirildi.

Tədbir ümummilli lider Heydər Əliyevin gənclər siyasətindəki xidmətlərini əks etdirən video-slaydın nümayişindən sonra başladı.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açıb qeyd etdi, 2 fevral tarixinin gənclər günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki, Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuşdur. 1996-cı il 2 fevral tarixində gənclərin 1-ci forumu keçirilmiş, 1997-ci ildən isə Prezident Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başlamışdır.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva çıxışında bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait və imkan, ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi bu sahəyə böyük diqqətin nəticəsidir.

Əməkdar yurnalist, İranlı Mühacirlər Cəmiyyətinin sədri Rəhim Hüseynzadə gənclik sözünü xüsusi bir fəlsəfi termin adlandırdı. Azərbaycan gənclərinin inkişafımızın hər bir sahəsindəki uğurları, respublikamızı dünya miqyasında qürurla təmsil etmələri, həmçinin, canlarından keçən yüzlərlə vətən övladlarının Şəhidlər Xiyabanında əbədi uyumaları mövzusunda çıxış etdi.

Bakı Tibb Kollecinin tələbələri Arifə Səmədova və Nərmin Quliyeva çıxışlarında ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndiriməsini, bu günkü gəncliyimizi sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gələcəyin qurucuları adlandırnasını xüsusi vurğuladılar.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının üzvlərindən Elnur Zeynallı, Rüyan Əkbərov, Seyid Məmmədov, Səyyad Mirzəzadə müasir gəncliyin maraq dairəsi, dünyagörüşünün formalaşmasında əsas istiqamətverici amillər, təhsilə, kitaba, kitabxanalara münasibətləri mövzularında çıxış edib öz həmyaşıdlarını elmə, təhsilə mükəmməl yiyilənməyə, pis vərdişlərdən, xüsusilə narkomaniyadan uzaqlaşmağa səslədilər.

Yasamal rayonu 176 saylı orta məktəbin şagirdlərindən Kərim Heydərov “Gənclik illəri”, Yaşar Abdullayev “Bir daha geriyə qayıtmaz gənclik”, Zəkəray Əliyev və Elmir Hüseynzadə “Gənclik” şerlərini söylədilər.

Rəhimə Heybətova “Sarı gəlin” rəqsini təqdim etdi.

Elmir Hüseynzadə “Çırpınırdı Qara dəniz” mahnısını ifa etdi.

Məktəbli karateçilər bir neçə nömrə ilə öz idmançı məharətlərini göstərdilər.

Valideyn Xeyransa Hüseynova bütün Azərbaycan gənclərini vətənpərvərliyə, Azərbaycana layqli övladlar olmağa səslədi.

Tədbirin sonunda “Gənclər-gələcəyimiz” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()