Elizade Xedice

Sual: Salam,kitabxanaya giriş pulludur? Oturub sakit dərs oxumağ üçün masalar mövcuddur?

Cavab: Salam, Xədicə xanım. Bəli, kitabxanaya giriş pulsuzdur. Kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi 5 gün saat 09:00-dan 18:00-dək, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir.

İlahə

Sual: Emailə CV atmışam mesaj yazmışam cavab gəlməyib

Cavab: Sizə geri dönüş olunacaqdır.

İlahə

Sual: Mən Bakı dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasını bitirmişəm.Vakansiya var orda?

Cavab: Salam, İlahə xanım. Zəhmət olmasa kitabxananın mail adresinə sualınızı göndərə bilərsiniz. Ən qısa zamanda sualınız cavablandırılacaq, mail adresimiz [email protected]

Muradova İlahə

Sual: Salam.Kitabxanaçı vakansiyanız var?

Cavab: Salam, İlahə xanım. Zəhmət olmasa kitabxananın elektron adresinə sualınızı göndərə bilərsiniz. Ən qısa zamanda sualınız cavablandırılacaq. Kitabxananın elektron adresi - [email protected]

Sadiq

Sual: Salam

Cavab: Salam, Sadiq bəy. Buyurun. Sizə nə kimi köməklik edə bilərik?

Nərmin Əlizadə

Sual: Salam. 27 sentyabr Anım günündə kitabxana açıq olacaqmı mütaliə üçün?

Cavab: Salam, Nərmin xanım. Kitabxanada bazar günləri və dövlətin qərarına əsasən iş günləri hesab edilməyən tarixlər qeyri-iş günləridir.

Elnur

Sual: Salam hər vaxtınız xeyir olsun. Səhifədə görünən kitablar satılır? Öncədən təşəkkürlər

Cavab: Salam, Elnur bəy. Kitablar oxuculara şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxananın saytından isə istədiyiniz mövcud kitabın pdf formatını əldə edə bilərsiniz. Xidmət pulsuzdur.

Asif Camalxanov

Sual: Kitabxananən işləmə vaxtlarını deyə bilərsiniz, zəhmət olmasa?

Cavab: Salam, Asif bəy. Kitabxanamız həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Rəsul

Sual: Şüuraltının gücü kitabı var?

Cavab: Salam, Rəsul bəy. Bəli, istədiyiniz kitab bizdə mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Qasimova Şəfa

Sual: Salam səs aktyoruna ehtiyac varsa sizinlə işləmək xos olar

Cavab: Salam, Şəfa xanım. Zəhmət olmasa, müraciətinizlə bağlı kitabxananın elektron adresinə - [email protected] yaza bilərsiniz. Ən qısa zamanda sualınız cavablandırılacaqdır.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()