Elvira

Sual: Salam. Mənə Hüquq və İnsan Haqları ilə bağlı Pdf farmatlı kitablar lazımdır. Sizdə varsa zəhmət olmasa mənə göndərərdiz. Təşəkkür edirəm.

Cavab: Salam Elvira xanım. https://ryl.az/electronic-services/elektron-kitabxana/dovlet-ve-huquq linkından istifadə edə bilərsiniz.

Nilufər Əhmədova

Sual: XX əsr Azərbaycan şairləri haqqında məlumat lazımdır mənə. Zəhmət olmasa, kömək edə bilərsiniz?

Cavab: Salam Nilufər xanım. Daha geniş məlumat üçün kitabxanamıza yaxınlaşa bilərsiniz. Onlayn formada isə sizə kitabxanamızın "VƏSAİTLƏR" bölməsindən istifadə etməyi məsləhət görürük.

Ayşən

Sual: Salam.Kitabxanada İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası kitabı varmı?

Cavab: salam Ayşən xanım. Xeyr, təəssüf ki, maraqlandığınız kitab yoxdur. Lakin fondumuzda müəllifin digər kitabları mövcuddur.

Евграфова Оксана

Sual: Здравствуйте, я бы хотела узнать есть ли у вас книги на русском языке , романы , классическая литература , фэнтази или у вас только для подростков ?

Cavab: Здравствуйте уважаемая Оксана ханум. У нас в библиотеке есть книги на русском языке для любой возрастной категории.

Aysel Memmedova

Sual: Salam. bu kitabxana Sumqayit şəhərində yerləşən gənclər kitabxanasıdır? ve hansı saatlarda işləyir bilmək istəyirəm. Öncədən təşəkkür edirəm

Cavab: salam Aysel xanım Xeyr. Bu kitabxana Bakı şəhərində yerləşir. Ünvan: N.Nərimanov kuç., 203. Mərkəzi parkın üstü, 21-ci əsr məktəbinin yanı.

Dead

Sual: Burada şexsiyyet vesiqesi ile kitab goturmek olur ve yaxudda kiraye goturmek?

Cavab: Salam dəyərli oxucu. Bəli, şəxsiyyəti təsdiq edən sənədi qoymaqla, tam pulsuz 10 gün müddətində evə kitab ala bilərsiniz.

Lamiyə Qasımova

Sual: Vakansiyalarla bağlı məlumat almaq isteyirdim

Cavab: salam Lamiyə xanım. Zəhmət olmasa CVnizi [email protected] ünvanına göndərin

Ali Amrahli

Sual: Salam, kitablari ozumuzle goture bilerik yoxsa ancaq kitabxanada oxumaq olar?

Cavab: Salam Əli bəy. Kitabları 10 gün müddətində şəxsiyyət vəsiqəsini kitabxanada qoymaq şərti ilə evə apara bilərsiniz

Ilahe

Sual: Salam işe ehtiyacim var hansı şertlerle işe götürülür?

Cavab: Salam İlahə xanım CVnizi [email protected] ünvanına göndərə bilərsiniz

Mədinə şefizade

Sual: Kitabları eve aparmaq olar ?

Cavab: salam Mədinə xanım Bəli kitablar 10 gün müddətində şəxsiyyət vəsiqəsi saxlanılmaq şərti ilə evə verilir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()