Mikayilova Gülşad
Sual: Bu şəhərdə kimsə yoxdur
Cavab: Salam, Gülşad xanım. "Bu şəhərdə kimsə yoxdur" kitabı ilə maraqlanırsınızsa, kitabxanamızda mövcuddur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Ömür
Sual: Balaca Şəhzadə kitabını səsli şəkildə dinləmək istəyirəm. Xahiş edirəm, tədbir görülsün
Cavab: Salam, Ömür bəy. Kitabxanamızın saytında "elektron xidmətlər" bölməsində "səsli kitablar" yazısına daxil olaraq açılan səhifədən istədiyiniz kitabın səsli variantını yükləyərək əldə edə bilərsiniz. Hər ehtimala sizə linki göndəririk: https://ryl.az/electronic-services/musiqi-bazasi?page=15
AYNURA GURBANOVA
Sual: Здравствуйте. Как можно записать к вам ребенка? Можно ли брать книги на дом?
Cavab: Здравствуйте, Айнура ханым. Книги выдаются читателям при условии сохранения удостоверения личности в течение 10 дней.
İmanova Aygün
Sual: Salam men Adil Quliyevle elaqe saxlama qisdeyirem mene komek edin
Cavab: Salam, Aygün xanım. Təəssüf ki, sizə bu məsələ ilə bağlı kömək edə bilməyəcəyik.
Qəndab
Sual: Salam. Kitabxanada xarici ədəbiyyatdan ingilis dilində kitablar mövcuddurmu?
Cavab: Salam, Qəndab xanım. Bəli, mövcuddur.
İlknur
Sual: Salam. Kitabxana sabah işləyir? Oturma zalında oxumaq istərdim.
Cavab: Salam, İlknur xanım. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi saat 09:00dan 18:00 dək fəaliyyət göstərir.
Aydan
Sual: Salam, kitabxanada kompyuterlər və internet mövcuddurmu? İstifadə etmək olar?
Cavab: Salam, Aydan xanım. Bəli, mövcuddur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Xədicə Əhmədova
Sual: Salam. Kitabxanaya öz dərslərimiz oxumaq üçün gələ bilərik?Yoxsa sadəcə oradaki kitablardan istifadə etməliyik? Birdə Nizami metrosundan ora gedən hansı avtobus var?
Cavab: Salam, Xədicə xanım. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi 5 gün saat 09:00-dan 18:00-dək, şənbə günləri 09:00-dan 17:00-dək xidmətinizdədir. Kitabxanaya Nizami metrostansiyasından 96 nömrəli avtobusla gələ bilərsiniz.
Ayxan
Sual: Sezar 35yox 23 xəncər zərbəsi almisdi
Cavab: Salam, Ayxan bəy. Sorğunuz bütöv formada olmadığı üçün, cavablandıra bilməyirik. Xahiş edirəm ki, istəyinizi tam şəkildə izah edəsiniz.
Xədicə
Sual: Elxan Elatlının susan qadın kitabı varmı?
Cavab: Salam, Xədicə xanım.Təəssüf ki, bu kitab bizim kitabxanada mövcud deyil.