Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Xocalı faciəsinin 22-ci illiyinə həsr olunmuş “Xocalıda ruhum qaldı...”mövzusunda elmi-praktik konfrans

24 fevral 2014-cü il tarixdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Dünya Azərbaycanlılarının Həmrəyliyi” cəmiyyəti və “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birlikləri ilə birlikdə “Xocalı faciəsi XX əsrin qanlı soyqırımıdır” mövzusunda tədbir keçirdi.
Tədbir Xocalı faciəsində şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasından sonra başladı.
Elmi-praktik konfransı giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açdı. Çıxışını ulu öndər Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri ilə başladı. Qeyd etdi ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Nəticədə fevral ayının 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış 2 500 nəfər Xocalı sakini Ağdam rayonuna pənah aparmaq istəsələr də bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla 613 nəfər düşmən gülləsinin qurbanı oldu. 8 ailə tamamilə məhv edildi. 1 275 sakin əsir alındı, 150 sakin itkin düşdü. Bu hadisə Azərbaycanda və Türkiyədə “Xocalı qətliamı”, “Xocalı soyqırımı” kimi anılır. Ermənistanda isə bu əməliyyat “Xocalı döyüşü”, “Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

Elmi-praktik konfransda “Dünya Azərbaycanlılarının Həmrəyliyi” cəmiyyətinin sədri T.Əlizadə, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri M.Abdullayeva, “Qürur Şəhid Ailələri” xeyriyyə ictimai birliyinin sədri N.Behbudova, “Borçalı” qəzetinin informasiya xəbər portalının əməkdaşı A.Borçalı, “Borçalı” qəzetinin Azərbaycan nümayəndəsi U.Nəsibov, Ukrayna Respublikasının “Sevostopol” radiosunun əməkdaşı H.Əliyev, “Sosial Rifah və Tədqiqatlar” ictimai birliyinin sədri Ə.Bəydəmirli, “Zəka və Ülviyyət” jurnalının baş redaktoru F.Əliyeva, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyinin sədri S.Mustafayeva, “Dünya ana və uşaqlar” ictimai birliyinin sədri D.Əliyeva, “Dünya Xəbər” az. saytının əməkdaşı R.Vahabova, “Gəncliyə yardım” fondunun vitse-prezidenti S.Salmanov, “Ümid” partiyasının sədr müavini R.Muradlı, Azərbaycanın milli qəhrəmanı A.Məhərrəmovun qardaşı Ə.Məhərrəmov, AİSU-nin tələbəsi B.Rəhimova iştirak etdilər.
T.Əlizadə çıxışında qeyd etdi ki, Xocalıda soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyi o qış gecəsinin dəhşətli anları hər bir azərbaycanlının qan yaddaşına çökməlidir. 1992-ci ilin fevral ayının 15-17-də Xocavəndin Qarabağlı kəndində, 26-da isə Xocalıda baş vermiş soyqırım aktı ermənilərin azərbaycanlılara qarşı törətdikləri əsl genosiddir. Hər il Xocalı faciəsi günü yaxınlaşdıqca ermənilərin 1988-ci ildən başlayaraq başımıza gətirdikləri faciələr, haqsızlıqlar yada düşür, düşmənlərimizə qarşı kin və nifrətimiz bir daha artır.
M.Abdullayeva qeyd etdi ki, hələ 1918-ci ildə ermıni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımlar nəticəsində Qubada, Şamaxıda, Qarabağda minlərlə azərbaycanlı türkləri qətlə yetirilmişdir. Xocalı soyqırımının tərədilməsindən 22 il ötməsinə baxmayaraq beynəlxalq müstəvidə bu məsələ hələ də öz hüquqi qiymətini almamış, günahkarlar hələ də cəzasız qalmışlar.
H.Əliyev Ukrayna Respublikasında 18 ildir ki, Azərbaycan radiosunun fəaliyyət göstərməsindən, bu faciənin 10 illiyində Ukrayna televiziyasının 5-ci kanalnda nümayiş etdirilən verilişə 50 milyon əhalinin baxmasından danışdı. Çıxışının sonunda təklif etdi ki, Bakıda Xocalı şəhidlərinin abidəsinin yeri dəyişdirilib şəhərin ən görkəmli yerində qoyulsun.
R.Muradlı çıxışında qeyd etdi ki, Xocalı faciəsi 1992-ci il ilə məhdudlaşmır. Bu faciə XX əsrin əvvəllərindən davam edir. Biz dünya azərbaycanlılarına haqlı olduğumuzu sübut etməliyik. 2006-cı ildə Haaqada Xocalı faciəsinə abidə qoyulmuşdur. Bu abidənin qoyulması Xocalı faciəsinin tanınmasına sübutdur. Biz bu faciəni unutmamalıyıq. Əgər unutsaq, unudulacağıq.

Ə.Məhərrəmov, S.Mustafayeva, A.Borçalı, R.Vahabova, D.Əliyeva da insanlığa qarşı törədilmiş bir cinayət olan Xocalı faciəsinin baş vermə səbəblərindən, bu faciənin acı nəticələrindən faktlarla çıxış etdilər. Qeyd etdilər ki, XX əsrin sonlarında baş vermiş bu faciə təkcə azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatun, Xirosima, Naqasaki kimi dəhşətli faciələri ilə bir sırada durur.
Elmi-praktik konfransın iştirakçıları Bakıda Şəhidlər Xiyabanının girəcəyində Xocalı şəhidlərinin xatirəsinə abidə qoyulmasını təklif etdilər.
Tədbir boyu Xocalı qətliamından çəkilən video- slaydlar nümayiş etdirildi.
Elmi-praktik konfrans “Xocalım, qəm yaddaşım” adlı kitab sərgisinə baxışla sona çatdı.