|
|
"Kitabxanaların informasiyalaşdırılması. Elektron kitabxana" adlı treninqlər
|
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar 22-26 fevral 2010-cu il tarixində Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında kitabxanaçılar üçün treninqlər keçirildi. Treninqə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin dəstəyi ilə Rusiya Federasiyasından Beynəlxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Kirill Sokolinski dəvət olunmuşdur. Treninqə mədəniyyət və turizm nazirliyinin
kitabxana sektorunun müdiri Lətifə Məmmədova rəhbərlik etmişdir. Treninqdə WEB-İRBİSİN əsas funksiyaları, Apache proqramının quraşdırılması, elektron kataloq və elektron resuslarının internet beynəlxalq şəbəkəyə çıxarılması, biblioqrafik bazaların yaradılması, Z39,50 Şlyuzunun tətbiqi və s. məsələləri tədris edilmişdir. Treninqdə Rusiya Federasiyasından Beynalxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Kirill Sokolinskidən əlavə mədəniyyət və turizm nazirliyinin kitabxana işi sektorunun əməkdaşı Samir Abbasov və kitabxananın əməkdaşı Günay Həsənova da məruzəçi kimi çıxış etmışlər. Treninqdə şəhər və rayon kitabxalarından 60-a yaxın kitabxana əməkdaşları iştirak etmişdir. Treninqin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
|
|
|
|