Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Gənclər hərəkatı

Biblioqrafik göstəricilər

Yeni kitablar

Aktual mövzular

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə




Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

"Kitabxanaların elektron resurslarının idarə olunması"

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın Tədbirlər Planının II bölməsinə uyğun olaraq “Kitabxanaların elektron resurslarının idarə olunması” mövzusunda treninq kursun açılışı olmuşdur. Treninq 13 dekabr tarixindən 17 dekabr 2010-cu il tarixinə kimi davam etmişdir.
Treninqdə Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan respublika əhəmiyyətli kitabxanaların, şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin bu sahə üzrə mütəxəssisləri, habelə respublikanın bir sıra ali məktəb kitabxanalarının mütəxəssisləri iştirak etmişlər. Treninqi giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri Lətifə Məmmədova açmışdır. Sonradan söz Yazıçılar Birliyinin üzvi Ə.Eyvazova verilmişdir. L. Məmmədova “İnformasiya Cəmiyyətinin Tələbləri və Kitabxanalar”, “Kitabxanaların Elektron Resursları: Problemlər və Perspektivlər”, kitabxananın baş kitabxanaçısı G.Həsənova “Kitabxanaların informasiyalaşması sahəsində Respublika Gənclər kitabxanasının təcrübəsi”, kitabxanın kitabxanaçısı S. Osmanova “İRBİS – 64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin Administrator və oxucu modulları ilə iş” mövzularında çıxışlar etmişlər.

Tədbirdə Prezident Kitabxanasının, Gəncə və Sumqayıt şəhər Mərkəzi Kitabxanalarının kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət təcrübəsi və bu mövzularda hazırlanmış təqdimatlar nümayiş etdirilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri də treninqdə iştirak edərək müasir kitabxana saytlarına baxış həyata keçirmişlər.
Treninqin gedişi zamanı Rusiya Federasiyasının İctimai Hüquqi İnformasiya Mərkəzinin əməkdaşı İvanenko Radislav İvanoviç ilə canlı video körpü yaradılmışdır. O tədris olunan proqramın yeni imkanlarılndan treninq iştirakçılarına ətraflı məlumat verdi, iştirakçıların suallarını cavablandırdı. Treninqin dördüncü günü İRBİS sisteminin proqramisti, Texniki Universitetin elmi-informasiya mərkəzinin avtomatlaşdırma şöbəsinin müdiri K.E.Sokolinski ilə onlayn vide bağlantı yaradıldı. Treninq iştirakçılarının böyük maraqla qarşıladığı diskussiyada ümumi məsələlər müzakirə edildi, problemlərin birgə həlli yolları araşdırıldı. Treninqin sonuncu günü iştirakçılara sertifikatlar təqdim edilmişdir.