Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Təməldən əmələ” kitabının təqdimat mərasimi

C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 30 yanvar 2010-cu il tarixdə Ə. Ağayevin “Təməldən əmələ” kitabının təqdimatı keçirilmişdir.
Tədbiri C. Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru T.Sadıqov açaraq qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, bu gün Azərbaycanda ictimai-pedaqoji biliklərin, xüsusilə də təhsil haqqında biliklərin ayrıca nəzəri sistemə, milli mənəvi sərvətə çevrilməsində, pedaqoqika elminin yeni fikir və yeni idealarla zənginləşməsində misilsiz xidmətləri olan, pedaqoji elmlər doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor Əjdər Ağayevin “Təməldən əmələ” kitabının təqdimat mərasiminə yığışmışıq. T.Sadıqov Ə. Ağayevin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra kitab haqqında çıxış üçün qonaqlara söz verdi.
Ədəbiyyatşünas alim N. Ələkbərli öz çıxışında bildirdi ki, müəllif şəxsiyyət kimi güclüdürsə, kitab da yaxşı olur. Bu kitabda musiqi, teatrla bağlı maraqlı yazılar, düşüncələr çoxdur. Hər birini də oxuduqca insanı düşünməyə məcbur edir.
Professor R. Hüseynzadə çıxaşında qeyd etdi ki, təməl nə qədər möhkəmdirsə, əməl də bir o qədər möhkəm olur. Ə. Ağayev əməl, iş adamıdır. Bu əsər onun haqqında çox dəyərli fikirlər söyləməyə əsas verir.
Tədbir iştirakçılarının hər biri Ə. Ağayevin “Təməldən əmələ” kitabı haqqında öz rəylərini bildirib əsərin dövrlə, zamanla səsləşməsini, oxucuya mənəvi qida olmasını xüsusi vurğuladılar. Şair O. Rza yeni şeirlərini oxudu.

Təqdimat mərasimində filologiya elmləri doktorları, professorlar T.Əliyev, N.Ələkbərli, F. Rüstəmov, R.Hüseynzadə, L. Cəfərzadə, fəlsəfə elmləri doktoru, professor, pedaqoji elmlər doktoru pofessor İ. Cəbrayılov, psixoloq alim R. Əliyev, filologiya elmləri namizədi N. Nəcəfov, yazıçı, pedaqoq A. Eminov, E. Mollayeva, E.Əliyeva, Qafqaz Universitetinin müəllimi İbrahim Kurt, rəssam, jurnalist M. Dəyanət qızı, şairlər Oktay Rza, X. Muradova, F. Mehdiyeva, Ə. Şirvanlı, KİV-dən İctimai televiziyanın əməkdaşı K. Məhərrəm oğlu, “Respublika” qəzetinin müxbiri R. Arif oğlu və digər KİV əməkdaşları iştirak etdilər.
Tədbir kitabın müəllifi Ə. Ağayevin çıxışı, yeni yaradıcılıq planları ilə başa çatdı. Ə. Ağayev “Təməldən əmələ” kitabından bir neçə nüsxə kitabxanaya hədiyyə verdi.