Şair Əli Tudənin anadan olmasının 95 illiyi münasibəti ilə əbədi-bədii gecə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 02 fevral 2019-cu il tarixdə şair Əli Tudənin anadan olmasının 95 illiyi münasibəti ilə əbədi-bədii gecə keçirildi.

Əbədi-bədii gecəni giriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açıb XX əsr Cənubi Azərbaycan poeziyasının klassiklərindən biri kimi qiymətləndirilən Əli Tudə, bu tədbirin keçirilməsinin əsas mahiyyəti, ədəbiyyatımızda görkəmli şairin yaradıcılığının xüsusi yeri haqqında danışdı.

Əməkdar jurnalist, “İranlı Mühacirlər Cəmiyyəti”nin sədri Rəhim Hüseynzadə Əli Tudənin milli ruhlu şerləri ilə xalqı istiqlala çağırması, ictimai-siyasi fəaliyyəti ilə bərabər öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə etməsi mövzusunda çıxış etdi.

Şair Əli Tudənin öz səsi ilə “Mən nə gətirdim” şeri ilə başlanan sənədli film nümayiş olundu.

“İranlı Mühacirlər” ədəbi birliyinin sədri, “Dədə Qorqud Beynəlxalq Mükafatı” laureatı Tariyel Ümid Əli Tudənin həyatı, yaradıcılığının əsas istiqamətləri mövzusunda çıxış etdi. Qeyd etdi ki, o, mükəmməl təşkilatçılığı ilə bərabər yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən, İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradan, Azərbaycan dilini gözəl bilən, Azərbaycanı sevən, vətənpərvər insan idi.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli ağır sınaqlardan keçə-keçə Azərbaycanın yaddaşında azadlıq şairi, xalqının şairi kimi qalan Əli Tudənin 1938-ci il repressiya dövründə Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilməsi, Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparması, ömrü boyu siyasi mühacir olaraq qalması haqqında danışdı.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrindən Xanım İslamova, Günel Ağayeva, Sənan İmanov Əli Tudənin şerlərini söylədilər.

Jurnalist Ənvər Qafarlı Əli Tudənin “Demişəm” şerini söylədi.

“Əli Tudə və Milli Filarmoniyamız” adlı klip nümayiş etdirildi.

Əli Tudənin oğlu Natiq Əli Tudə atası haqqında şirinli-acılı xatirələrini danışandan sonra “İranlı Mühacirlər Cəmiyyəti”-nin diplomu ilə təltif olundu.

Ədəbi-bədii gecədə həmçinin, “İranlı Mühacirlər Cəmiyyəti”-nin idarə heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Adilə Şernikbulənd, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynova Ümmani iştirak edidilər.

Tədbirin sonunda “Əli Tudə-95” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.