Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“31 mart milli soyqırım-milli genosid” mövzusunda
elmi-praktik konfrans

31 mart 2010-cu il tarixdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında “31 mart Milli Soyqırım-milli genosid” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirlə əlaqədar “Milli genosid-milli soyqırım” adlı kitab sərgisi açılmış, bu mövzunu əhatə edən tövsiyə-ədəbiyyat siyahısı hazırlanmışdır. Elmi-praktik konfrans soyqırım şəhidlərinin ruhunun bir dəqiqəlik sükütla yad etməklə başlamışdır.
Konfransı giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq erməni vəhşiliyindən danışmış , Azərbaycan xalqını bu müsibətləri, bu genosidi heç zaman unutmamağa çağırmışdır. Tədbirdə “Milli qəhrəman” qəzetinin baş redaktoru M.Seyidzadə, müavini N.Vəliyev, milli qəhrəman ailələri, Yasamal rayonundan şəhid A.Ağaverdiyev adına 31 saylı orta məktəbin şagirdləri iştirak etmişlər. Milli qəhrəman qəzetinin baş redaktoru M.Seyidzadə qeyd etmişdir ki, soyqırım milləti kütləvi surətdə məhv etmək deməkdi. Azərbaycanda soyqırım demək olar ki, azərbaycanın bütün bölgələrində baş vermişdir. Indi baş verən terror hadisələrinin özü də soyqırımın davamı deməkdir. O, hamını düşmənə qarşı amansız, mütəşəkkil mübarizəyə səsləmişdir.
“Milli qəhrəman” qəzetinin baş redaktorunun müavini N.Vəliyev ermənilərin azərbaycanlıların başına açdığı qırğınların silsilə xarakter daşımasını bildirdi. O göstərdi ki, bununla belə biz mübariz millətik, yaxın gələcəkdə mütləq torpaqlarımızı geri qaytaracağıq.
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının kitabxanaçıları, S.Rəhimova, T.Əlibəyova və S.Kazımova öz məruzələri ilə tarixin qanlı yaddaşının səhifələrini bir daha tədbir iştirakçılarının
diqqətinə çatdırmış, xalqımızın erməni terrorundan kifayət qədər fiziki, mənəvi, siyasi ziyan çəkməsini xatırlatmışdır. Şəhid anası G.Qasımova, ictimaiyyətin nümayəndəsi Natiq Səfərov belə mövzuda tədbirlərin gənclərin siyasi, əxlaqi, hüquqi və elmi biliklərin formalaşmasında müsbət təsirindən, onlarda vətənpərvərlik ruhunun tərbiyəsində güclü təsirindən danışmışdır. Elmi-praktiki konfrans “Milli soyqırırm-milli genosid” başlığı altında kitab sərgisinə baxış və bu mövzunu əhatə edən tövsiyə-ədəbiyyat siyahısının oxunuşu ilə başa çatmışdır.