Kitabxananın ŞÖBƏLƏRİ

C.Cabbarlı adına Respublika Gənclər kitabxanası öz fəaliyyətini 5 əsas istiqamətlərdə qurmuşdur. Dövlətin kitabxana siyasəti, vəzifələr və onun icrası

Kitabxana işinin aktual texnoloji təchizatı, kompüterləşdirmə bazaları və şəbəkəli sistem

Beynəlxalq təcrübə mübadiləsi və təşəbbüslərin inkişaf etdirilməsi

Oxucu-kitabxana əlaqələrinin inkişaf etdirilməsi

Kitabxananın bütün fəaliyyət istiqamətlərinin elmi əsaslar üzərində təşkili, başqa sözlə BDU-nun, müxtəlif ali təhsil ocaqlarının, AMEA-nın ekspert və mütəxəssisləri ilə davamlı görüşlər, müzakirələr və sair.

  • Kitabxananın 9 şöbəsi vardır:

    Komplektləşdirmə şöbəsi

  • Kitabişləmə və elektron kataloq şöbəsi

  • İnformasiya - resurs şöbəsi

  • Azərbaycan xidmət şöbəsi

  • Xarici ədəbiyyat şöbəsi

  • Kitabxananın inkişafı və menecment bölməsi

  • Hüquqi informasiya şöbəsi

  • Oxu zalı

  • İncəsənət.

Komplektləşdirmə şöbəsi

İctimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusu olan kitabxananın kitab fonduna yeni daxil olan ədəbiyyatların biblioqrafik təsvirinin verilməsi, texniki cəhətdən işlənməsi, - əlifba kataloqunun təşkili və redaktəsi hər il olduğu kimi, 2017-ci hesabat ili ərzində də komplektləşdirmə şöbəsinin gündəlik işinin əsasını təşkil etmişdir.

Kitabxananın kitab fondu kitabxana fəaliyyətinin mühüm tərkib hissəsini təşkil etdiyi üçün fondun tərkibinin dəqiq işlənməsi, şöbələr üzrə bölünüb oxucuların istifadəsinə verilməsi istiqamətində gündəlik olaraq komplektləşdirmə şöbəsi operativ iş aparır.

Kitabişləmə və elektron kataloq şöbəsi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 2009-cu ildə internet istifadəçilərinin elektron kataloqa və elektron kitabxanaya çıxışını təmin edən Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi yaradılmışdır. Həmin ildən etibarən “Kitabişləmə və Elektron kataloq” şöbəsi kitabxanaya daxil olan cari ədəbiyyatın, eləcə də kitabxananın fondunda olan retro ədəbiyyatın maşınla oxuma formasında elektron kataloqunun yaradıması işini həyata keçirir. Şöbə Elektron Kataloqun məlumatlar bazasına kitabları, dövri mətbuat materiallarını, not-musiqi nəşrlərini, elektron resursları daxil edir.

Şöbə kitabxananın Elektron kataloqunun idarə olunması, bazalarının yaradılması, Elektron kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işinin təşkili, habelə “İnzibatçı” modulu vasitəsi ilə sistemin fəaliyyətinə nəzarət və koordinasiya funksiyasını həyata keçirir.

Vəzifələri:
Ədəbiyyatın biblioqrafik yazılarının tərtibi;
Biblioqrafik yazıların redaktəsi;
Tamməntli resursların Elektron Kitabxana bazasına yerləşdirilməsi.

Hüquqi informasiya şöbəsi

İnformasiya - resurs şöbəsi

İnformasiya-resurs şöbəsi - kitabxananın yeni şöbələrindən biridir. Şöbə 2016-cı il 12 aprel tarixdə biblioqrafiya və metodika şöbəsinin bazası əsasında yaradılmışdır.

Şöbənin yerinə yetirdiyi işlərin əsas istiqamətləri:
Kitabxananın elektron məlumat bazalarının yaradılması və istifadəçilərə virtual xidmətin təşkili;
Yeni elektron məlumat resursları hazırlamaq;
Ənənəvi və elektron məlumat bazalarından istifadə edərək dövlət proq-ramları və layihələr, əlamətdar-tarixi günlər, görkəmli şəxsiyyətlərin yubiley-ləri ilə əlaqədar ənənəvi və elektron resurslar, slaydlar hazırlamaq;
Kitabxananın soraq-biblioqrafiya aparatının (SBA) təşkili;
Müxtəlif məqsəd və oxucu istiqamətli biblioqrafik vəsaitlərin tərtibi;
Biblioqrafik informasiya xidməti (BİX);
Soraq-biblioqrafiya xidməti (SBX);
Tövsiyə biblioqrafiya xidməti;
Oxucu sorğularını kitabxananın soraq-biblioqrafiya aparatı (SBA) (ənənəvi və elektron kataloq, kartoteka, məlumat nəşrləri və yerinə yetirilmiş ara-yışlar fondu), internet və kitabxanada olan digər informasiya daşıyıcıların-dan (audio,video, lentyazıları, CD-ROM, DVD) istifadə edərək yerinə yetir-mək;
Oxucularda informasiyanı əldə etmək və ondan düzgün istifadə etmə mə-dəniyyətini formalaşdırmaq;
Biblioqrafik informasiyanın istifadəçilərə çatdırılması məqsədilə tərtib edi-lən elektron resursların kitabxananın saytında (ryl.az) və facebook (ryl.facebook) səhifəsində yerləşdirilməsi;
Dünayanın qabaqcıl və böyük kitabxanalarının təcrübəsindən və metodi-kasından istifadə edərək biblioqrafik informasiyanı istifadəçilərə çatdırmaq;
Yeni kitabların tannotasiyalı biblioqrafik göstəricisini tərtib etmək və kitab-xananın saytında (ryi.az) yerləşdirmək;
Kitabxanaya daxil olan yeni kitabların biblioqrafik icmalını vermək
Oxucuların elektron poçtalarına yeni kitablar haqqında məlumat gön-dərmək;
Kitabxanada mövcud olan ənənəvi kartotekaları redəktə etmək, yeni təsvir-ləri kartotekalarda uyğun bölmələrdə yerləşdirmək, köhnələri çıxartmaq;
Aktual mövzularda yeni rubrikalar açmaq;
Biblioqrafik biliklərin təbliği.

Azərbaycan xidmət şöbəsi

Məlumdur ki, kitabxanalar oxucuların çap məhsullarından ictimai istifadənin, bütövlükdə kütləvi mütaliəsinin təşkilatçısıdır. Kitabxanalar öz fondlarında mühafizə etdikləri çap məhsullarından oxucuların həm kitabxana şəraitində, həm də kitabxanadan kənarda istifadə etmələri üçün hər cür şərait yaratmağı özünə borc bilir.

Kitabxana xidmətinin əsas vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdir.

Azərbaycan şöbəsi Cəfər Cabbarlı adına Respublika gənclər kitabxanasının profilinə uyğun olaraq gənclərlə iş üzrə qurulmuşdur.Şöbə ayrı ayrı oxucu qrupları üçün. Elm sahələri üzrə, ədəbiyyatın növlərinə görə fəaliyyət göstərir.Şöbənin qarşısında duran vəzifələr oxucuları şöbəyə cəlb etmək. Oxucu sorğularını ödəmək, gündəlik gələn oxucuların qeydiyyatını aparmaq, biblioqrafik arayışlara cavab verməkdir.Yeni üzv olan hər bir oxucunu kitabla rəftar, kitabların vərəqlərini cırmamaq, səhifələri əzməmək, yazmamaq, haqqında məlumatlandırmaq.

Oxucularla müntəzəm olaraq vətənpərvərlik, torpaq toxunulmazlığı, qəhrəmanlıq haqqında söhbətlər aparılır.

Azərbaycan xidmət şöbəsi hər bir oxucuya fərdi yanaşır, onların sorğularını dinləyir və onlara yüksək səviyyədə xidmət göstərirlər.

Xarici ədəbiyyat şöbəsi

Xarici ədəbiyyat şöbəsinin fəaliyyətinə ilk növbədə abunəçiləri kitabxana qaydaları ilə tanış etmək, kitabla düzgün rəftar, ənənəvi və elektron kataloqdan istifadə qaydalarını başa salmaq, hər bir oxucusunu kitabxananın ryl.az @ mail.ru,- elektron poçt ünvanı, kitabxananın www ryl.az veb saytı ilə məlumatlandırmaq, əlil, fiziki cəhətdən məhdudiyyətli, xəstə oxuculara səyyr kitabxana xidməti göstərmək, asudə vaxt problemlərinin həllində yardımçı olmaq, fəal oxucuların poçt ünvanlarına yeni alınan ədəbiyyatların siyahısını göndərmək qeyd olunmuşdur ki, bu da şöbənin fəaliyyətində əsas istiqamətlərdən biridir. Həmçinin, illik planda oxucuların kitabxanada təşkil olunan kütləvi tədbirlərə cəlb olunması daxildir.

Oxu zalı

Şöbənin qarşısında duran vəzifələr oxucuları kitabxanaya cəlb etmək, oxucu sorğularını ödəmək, gündəlik gələn oxucuların qeydiyyatını aparmaq, biblioqrafik arayışlara cavab verməkdir. Kitabxananın oxucu kontingentini 14-21 yaş həddində gənclər təşkil etməli olsa da, şöbə digər yaş qruplarına - müəllimlər, qulluqçular, təqaüdçülər və s. xidmət edir.

Oxucuları kitabxanaya cəlb etmək və onların asudə vaxtının səmərəli təşkil etmək üçün şöbə müxtəlif mövzuları əhatə edən kitab sərgiləri, söhbət-mühazirələr keçirir.

Oxu zalının hər bir oxucusu kitabxananın veb saytı ilə məlumatlandırılır, poçt ünvanlarına yeni alınan ədəbiyyatın siyahısı göndərilir.

Şöbə oxuculara Azərbaycan və rus dillərində həm kitablar, qəzet və jurnallar, həm də elektron resurslar olan CD-DVD disklərlə xidmət edir.

İncəsənət

İncəsənət şöbəsi də digər xidmət şöbələri kimi il ərzində abonentlərinə layiqli kitabxana xidməti göstərmişdir. Şöbəni digər xidmət şöbələrindən fərqləndirən cəhət həm abonement, həm də qiraət zalının olmasıdır. İncəsənət şöbəsində arxitextura, memarlıq, xalçaçılıq, rəssamlıq, musiqi ədəbiyyatı, teatr, kino, radio və televiziya aid ədəbiyyat daxildir. İncəsənət şöbəsində din, mədəniyyət, kulinariya, fəlsəfə ədəbiyyatları vardır. İncəsənət şöbəsinin fondunda kitablarla yanaşı Azərbaycan və dünya klassiklərinin, həmçinin müasir dövr bəstəkarlarının da not yazıları vardır ki, bunlar da il ərzində daim oxucuların istifadəsində olmuşdur. Hal-hazırda oxucuların çox az istifadə etdikləri nadir qrammafon valları da fondda qorunub saxlanılır. İl ərzində şöbədə incəsənətin müxtəlif sahələrinə,-kulturologiya, kino, teatr, rəssamlıq, heykəltaraşlıq, musiqi və. s, həmçinin, müxtəlif bəstəkarlar, səhnə ustalarının, incəsənət xadimlərinin yaradıcılığını əks etdirən kitab, not, val sərgiləri açılmışdır. Şöbənin oxucuları ilə incəsənətin bütün sahələrinə dair müxtəlif mövzularla söhbət-mühazirələr aparılmışdır. Hal-hazırda şöbəmizin fondunda 9243 kitab, 1994 nüsxə not yazısı və 1721 ədəd nadir qrammafon valları təşkil edir. İl ərzində şöbəmizin oxucularının sayı 1600 abonement təşkil edir. Oxucuların 1372 nəfəri tələbələr 143 nəfərini gənclərin tərbiyəçiləri, müəllimlər, qulluqçular, 85 nəfəri isə başqa oxucular, təqaüdçülər olmuşdur.

Kitabxananın inkişafı və menecment bölməsi

Məlumdur ki, oxucuların intellektual tələbatının ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsi əsas amillərdən biridir. Xidmət şöbələrinin əsas vəzifələrindən biri də oxucunun mütaliəsi üçün lazım olan kitabların məqsədyönlü şəkildə seçilməsinə yardımçı olmaq, oxuculara kitabxananın məlumat aparatından istifadə etmək vərdişi aşılamaq, həmçinin, asudə vaxt problemlərinin həllində kömək etməkdir. Kitabxananın bütün xidmət şöbələri hər il olduğu kimi, 2018-ci il ərzində də bu istiqamətdə öz işini davam etdirməyi planlaşdırmışdır. Oxucuya ədəbiyyat verməklə xidmətdən əlavə kütləvi tədbirlərin əyani və şifahi vasitəsi ilə bu ədəbiyyatların təbliği də əsas yer tutur. Məhz bu məqsədlə də il ərzində kitab sərgiləri, elmi-praktik konfranslar, ədəbi-bədii gecələr, kitab təqdimatları, yaradıcılıq gecələri, dəyirmi masaların təşkili, şair və yazıçıların yaradıcılıqlarını, əlamətdar günləri, aktual mövzuları əhatə edən biblioqrafik siyahıların tərtib olunması da planlaşdırılır. Çünki, bütün bunların hamısı oxucunun intellektual səviyyəsinin yüksəlməsində, həmçinin, Azərbaycan və dünya ədəbiyyatını sevməsi və qiraət etməsində əhəmiyyərli dərəsədə rol oynayır.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.